Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin işçi qrupunun iclası keçirilmişdir

Avqustun 30-da Azərbaycan Mətbuat Şurası (MŞ) və ATƏT-in Bakı ofisinin işçi qrupunun iclası keçirilmişdir.
Hər iki qurumun birgə layihəsi əsasında avqustun 12-də yaradılmış qrupun məqsədi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına (AJPDQ) əlavə və dəyişikliklərlə bağlı avropalı ekspertlərin tövsiyələrinin nəzərdən keçirilməsi və yekun müzakirəyə çıxarılmasıdır.
Qrupun tərkibinə MŞ-nin idarə heyətinin üzvləri, ATƏT-in Bakı ofisinin təmsilçisi və ictimai fikrə təsir göstərən KİV-lərin rəhbərləri, media ekspertləri daxildir.
Şura sədri Əflatun Amaşov layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, qrup üzvlərinin təhlilləri və irəli sürdükləri fikirlər AJPDQ-nin daha təkmil variantının yekun müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir.
İclasda AJPDQ-nin əsasən "İnformasiya qaynaqlarına sayğılı yanaşma", "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" və "Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması" prinsiplərinin bəndlərinə irəli sürülən əlavə və düzəlişlər müzakirə edilmişdir. Vurğulanmışdır ki, sənədin yekun variantında təqsirsizlik prezumpsiyası, ictimai xadimlərin tənqidi, yeniyetmə və gənclərlə bağlı məqamların işıqlandırılması və digər həssas məsələlərə xüsusi diqqət yetirilməlidir.
MŞ-nin ATƏT-in Bakı ofisi ilə birgə layihəsi AJPDQ-nin təkmilləşdirilməsini və diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsini nəzərdə tutur. Reallaşdırılan layihə çərçivəsində sentyabrda beynəlxalq konfrans da keçiriləcəkdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında