Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaqdır

Bakının Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti Həştərxanda səfərdədir. Azərbaycan təmsilçiləri tanınmış ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun 140 illik yubileyi ilə əlaqədar tədbirlərdə iştirak edəcəklər.
Səfər çərçivəsində Həştərxanın qubernatoru Aleksandr Jilkinin Abdin Fərzəliyevlə görüşü olmuşdur. A.Jilkin demişdir: "Mən dostluq münasibətlərimizin inkişafına verdiyiniz töhfəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm". O vurğulamışdır ki, hazırda Həştərxan vilayətində və Azərbaycanda bir çox birgə layihələr gerçəkləşdirilir. Məsələn, 2009-cu ildə Həştərxan-Bakı aviareysləri bərpa edilmiş, bu il isə Azərbaycan şirkəti ilə birlikdə nəqliyyat terminalının tikintisi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılması nəzərdə tutulmuşdur. Dahi liderin abidəsinin Volqa sahilində ucaldılması planlaşdırılır.
A.Fərzəliyev bildirmişdir ki, layihənin təşəbbüskarı kimi Azərbaycan tərəfi bu ərazidə Həştərxanda ən gözəl park salmaq niyyətindədir. Abidənin ucaldılması ilə əlaqədar işlərin sentyabrın sonlarında başa çatacağı gözlənilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında