Ağcabədi sakinləri Silahlı Qüvvələrə yardım fonduna bir milyon manatdan çox vəsait köçürmüşlər

Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun  sakinləri Milli Orduya həm maddi, həm də mənəvi dəstək verir, bu işdə nümunə göstərirlər. Onların son dörd ildə Silahlı Qüvvələrə yardım fonduna keçirdikləri vəsaitin məbləği bu ərəfədə bir milyon manatı ötmüşdür.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, sakinlər kampaniyada könüllü olaraq, hamılıqla iştirak edirlər. Bu gün hər bir sakin orduya yardımı, zabit və əsgərə qayğını  özünün vətəndaşlıq borcu hesab edir, bundan qürur duyur. Yardım fonduna keçirilən bir milyondan çox vəsait ağcabədililərin Silahlı Qüvvələr Gününə özünəməxsus töhfəsidir. Bu işdə əhalinin bütün təbəqələri - yaşlı və gənc nəslin nümayəndələri, sahibkarlar və fermerlər, mədəniyyət və təhsil işçiləri, həkimlər və başqaları yaxından iştirak edirlər. Onların arasında hətta valideyninin verdiyi cib xərcliyini fonda keçirən məktəbli, təqaüdünün müəyyən hissəsini orduya ayıran pensiyaçı da vardır.

Rayon rəhbərliyinin, ziyalıların, ağsaqqalların, gənclərin, sənət adamlarının tez-tez ərazidə yerləşən hərbi hissələrdə olması, zabit və əsgərlərlə görüşməsi, eləcə də hərbçilərin rayonda keçirilən müxtəlif tədbirlərə dəvət olunması ənənə halını almışdır. Silahlı Qüvvələr Gününün bayram edildiyi bir vaxtda xüsusi məna kəsb edən bu görüşlər əhalinin ordu ilə əlaqələrini gücləndirməklə yanaşı, gənclərin vətənpərvərlik tərbiyəsinə də mühüm təsir göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında