Peşəkarlıq olan yerdə

Təqdirəlayiq haldır ki, gənc əsgərlər hərbi xidmətə başladığı gündən müəyyən ixtisaslar üzrə bölünürlər. Əsgər Ramiz Hüseynov ilk gündən qumbaraatan ixtisası üzrə hərbi biliklərə yiyələnib. Qumbaraatan təyinatına görə sadə olsa da, mürəkkəb silah hesab edilir. Bu silahla bağlı az-çox məlumatı olan əsgər yaxşı bilir ki, qumbaraatanı dərindən öyrənməsə, ondan düzgün istifadə edə bilməz.
Bu səbəbdən də mükəmməl bilik əldə etmək əsas şərtlərdən biridir. Zabit Vüqar Musayev tabeliyində olan hər bir əsgərin ixtisas hazırlığına dərindən önəm verir. Belə ki, çətinlik çəkən əsgərlərə kömək edir, onlara daha geniş biliklər aşılayır. Artıq ön xətdə xidmət edən əsgərlər yiyələndikləri ixtisası mükəmməl bilməklə yanaşı, digər atıcı silahları da öyrəniblər. Bir əsgərin bir neçə silahdan istifadə etməyi bacarması özü müsbət haldır. Komandirlərin də çalışdıqları odur ki, əsgərlər mümkün qədər daha geniş biliklərə malik olsunlar.
Qumbaraatan Ramiz Hüseynov düşmənlə təmas xəttində xidmət edir. Bunun çətinliyini və məsuliyyətini dərindən dərk edir. Postda sayıq olmağın, silahla ehtiyatlı və düzgün davranmağın əsas şərt olduğunu bilir. Ramiz Hüseynov deyir:
- Qumbaraatan kimi üzərimə düşən tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə hazıram. Çünki qarşıda duran döyüş tapşırığını yaxşı anlayıram və bunun öhdəsindən layiqincə gələcəyimə əminəm. Mən hər an döyüşə hazır vəziyyətdə oluram.
Əslən İsmayıllı rayonundan olan Ramiz Hüseynov hərbi xidmətini layiqincə başa vurmaq arzusundadır. Cəbhə bölgəsinin öz çətinlikləri olsa da, burada xidmət keçən əsgərlər hər bir işin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Söz yox ki, əsgərlər cəbhə bölgəsində fədakar xidmətləri ilə komandirlərin etimadını doğruldurlar. Onlar yüksək döyüş hazırlıqlarına görə zabitlərə borclu olduqlarını bildirirlər. Əsl döyüşçüyə xas xüsusiyyətlərə malik oğullarımız səngərdə düşmənlə üz-üzə dayanmaqdan qürur duyurlar. Bunu əsgər R.Hüseynovun timsalında onun silahdaşlarının dilindən də eşitmək olar. Başlıcası odur ki, hər bir əsgər üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlmək üçün ilk növbədə gərəkli olan ixtisas hazırlığına ciddi önəm verir. Bu isə öz növbəsində yüksək döyüş hazırlığına zəmin yaradır.

{nl}

B. ƏLİYEV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında