Pakistanın nüfuzlu "Əl-Qamar" qəzetində Dağlıq Qarabağ haqqında məqalə dərc edilmişdir

Pakistanın nüfuzlu "Əl-Qamar" qəzetində məşhur Pakistan jurnalisti Raci Əmir Bhattinin "Dağlıq Qarabağ münaqişəsi" sərlövhəli məqaləsi dərc edilmişdir.
Müəllif Dağlıq Qarabağın tarixindən və ermənilərin həmin ərazilərə köçürülməsi siyasətindən söhbət açaraq bildirmişdir ki, bu torpaqların əzəli əhalisi azərbaycanlılardır.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu problemin həllinə dair danışıqlar prosesinin gedişi, Azərbaycanın mövqeyi ilə bağlı məsələlərə xüsusi yer ayrılmışdır.
Jurnalist yazır ki, ermənilər Azərbaycan ərazisinin 20 faizini, o cümlədən, Dağlıq Qarabağ bölgəsini işğal altında saxlayır, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qətnamələrinə əməl etmirlər. Məqalədə ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən də danışılır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında