26 nəfər əlil Yunanıstandakı Tibbi-Reabilitasiya Mərkəzinə göndərilmişdir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu günlərdə 26 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yunanıstanın Soloniki şəhərindəki “Anagennisi” Tibbi-Reabilitasiya Sanator Mərkəzinə bərpa müalicəsinə yola salınmışdır.

Qeyd etmək lazımdır ki, “Anagennisi” Tibbi-Reabilitasiya Sanator Mərkəzi səmərəli fizioterapevtik müalicə metodları, yüksək xidmət səviyyəsi və peşəkar həkim-reabilitoloq personalı ilə nüfuz qazanmış müəssisələrdən biridir. Tibbi innovasiyaların geniş tətbiq olunduğu mərkəzdə aparılan müalicə kursu əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşma yaradır. Müvafiq razılaşmaya əsasən, cari ilin iyun-avqust ayları ərzində ilk dəfə olaraq ölkəmizdən 76 nəfər əlilliyi olan şəxsin həmin mərkəzdə 28 günlük bərpa-müalicə kursunun təşkili nəzərdə tutulmuşdur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, təkcə böyüklərin deyil, sağlamlıq imkanları məhdud uşaqların da xaricdə bərpa müalicəsi istiqamətində müvafiq işlər aparılır. Belə ki, qeyd olunan müddətdə ƏƏSMN tərəfindən 80 nəfər sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinin müşaiyəti ilə Latviya Respublikasının Yurmala şəhərindəki “Vaivari” Tibbi-Reabilitasiya Mərkəzində 20 günlük müddətə bərpa müalicəsinin təşkili planlaşdırılmışdır. Son bir ayda onlardan artıq 45 nəfəri həmin mərkəzə yola salınmışdır. Mərkəzdə uşaqlarda sağlamlıq imkanları məhdudluğun kəskin formalarının aradan qaldırılmasına yönələn fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya proqramları tətbiq olunur.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların adıgedən mərkəzlərdə yerləşmələrinə və bərpa müalicə xidməti ilə təmin olunmalarına nəzarət etmək, habelə həmin ölkələrin müvafiq reabilitasiya təcrübələrinin öyrənilməsi üçün ƏƏSMN-nin aidiyyatı struktur bölmələrindən olan əməkdaşlar ezam olunaraq onlarla birgə göndərilmişlər.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında