Uralda Rusiyada ilk dəfə Azərbaycan televiziyasının proqramı efirə çıxacaqdır

Yekaterinburqda "Azərbaycana aparan yol" adlı layihə yaradılır və peyk vasitəsilə Sibirə və Uzaq Şərqə yayımlanacaqdır.
AzərTAc "Rossiyskaya qazeta" ya istinadla xəbər verir ki, gələcəkdə Rusiyanın Avropa hissəsinə və Orta Asiya ölkələrinə də yayım nəzərdə tutulmuşdur.
Proqramı hazırlamaq üçün Bakıdan Yekaterinburqa mütəxəssislər qrupu getmişdir. Teleproqramın aparıcısını isə Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov seçmişdir. Müasir Azərbaycanın həyatı barədə proqramı Sverdlovsk Akademik Musiqili Komediya Teatrının solisti Anatoli Brodski aparacaqdır.
S.Qasımov demişdir: "Onun namizədliyi mədəniyyətlərarası əlaqələri nümayiş etdirir. Brodski əslən Azərbaycandandır, Rusiyada isə yaşayıb-yaradır".
Proqram hələlik yalnız rus dilində hazırlansa da, bu fakt Uraldakı Azərbaycan diasporunun nümayəndələrini (50 min nəfər) bir o qədər narahat etmir. Azərbaycan ictimai təşkilatının rəhbəri Niyaz Vəliyev demişdir: "Biz 10 il müddətində televiziya ilə öz tarixi vətənimiz barədə danışmaq imkanını əldə etməyə çalışmışıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında