Azərbaycanın Ukraynada yeni təyin edilmiş səfiri etimadnaməsini bu ölkənin Prezidenti Viktor Yanukoviçə təqdim etmişdir

Avqustun 27-də Azərbaycan Respublikasının Ukraynada yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli Kiyevdəki Mariya sarayında etimadnaməsini bu ölkənin Prezidenti Viktor Yanukoviçə təqdim etmişdir.
Səfir Eynulla Mədətli Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Ukrayna dövlətinin başçısına çatdırmışdır.
Viktor Yanukoviç də onun səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Prezident V.Yanukoviç vurğulamışdır ki, Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan ilə Ukrayna arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.
Görüşün sonunda Prezident Viktor Yanukoviç Eynulla Mədətliyə Ukraynada diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında