Azərbaycan əhalisinin sayı 9 milyon 511,1 min nəfərə çatmışdır

2014-cü il may ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 34 min nəfər artaraq 9 milyon 511,1 min nəfərə çatmışdır.

Dövlət Statistika Komitəsindən “Trend”ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Hazırda hər 1000 nəfər kişiyə 1011 qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir.

Cari ilin yanvar-aprel aylarında ölkədə 53,6 min körpə doğulmuş və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edir. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır.

İlin əvvəlindən ölkədə 19,9 min ölüm halı qeydə alınmışdır və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (6,5) qalmışdır.

Rəsmi orqanlar tərəfindən bu ilin dörd ayı ərzində 24,8 min nikah və 3,9 min boşanma halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafıq olaraq 8; 1,3) qalmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında