Azərbaycan dostluq və qardaşlıq prinsiplərinə sadiq qalaraq Pakistanın ağır günündə ona yardım edən ilk dövlətlərdən biri olmuşdur

Pakistan İslam Respublikasında təbii fəlakətdən zərər çəkmiş insanlara yardımın göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən 1 milyon ABŞ dolları məbləğində yardıma əlavə olaraq, Prezident İlham Əliyevin tapşırığı və Nazirlər Kabinetinin 21 avqust 2010-cu il tarixli qərarı ilə qardaş Pakistan xalqına daha 1 milyon ABŞ dolları yardım ayrılmışdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bundan əlavə, avqustun 27-də Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən ayrılmış ümumi çəkisi 40 ton, dəyəri 350.000 manat olan qida məhsulları, geyim və məişətdə istifadə edilən digər zəruri mallarla yüklənmiş təyyarə Pakistana göndərilmişdir.
Avqustun 29-da isə növbəti təyyarə ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin ayırdığı 104.834 manatlıq qida məhsulları, geyim və dərman preparatlarından ibarət yük Pakistana yola salınacaqdır.
Azərbaycanın Pakistandakı səfirliyindən isə bildirmişlər ki, Prezident İlham Əliyevin tapşırığı ilə edilən yardımlar Pakistan ictimaiyyəti və dövlət rəsmiləri tərəfindən yüksək qiymətləndirilmiş, yerli KİV-lərdə geniş işıqlandırılmışdır.
Vurğulanmışdır ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra Pakistan ölkəmizin suverenliyini tanıyan ikinci dövlət olmuşdur. Pakistan BMT, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq qurumlar çərçivəsində Azərbaycan ilə sıx əməkdaşlıq edir. Pakistan həmişə birmənalı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rəsmi Bakının mövqeyini dəstəkləmiş, Azərbaycan torpaqlarını işğal etdiyi üçün bu günədək Ermənistanı müstəqil dövlət kimi tanımamışdır. Pakistanın Azərbaycana qarşı səmimi və dostluq münasibətinə ölkəmiz də biganə qalmamışdır. 2004-cü ildə qardaş respublikada baş vermiş zəlzələ zamanı Azərbaycan həm maddi, həm də humanitar yardım göstərməklə bərabər, 40 nəfər həkim və xilasedicilərdən ibarət heyəti Pakistana göndərmişdir. Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsində müasir standartlara cavab verən məktəb tikilmişdir. Azərbaycan indi də dostluq və qardaşlıq prinsiplərinə sadiq qalaraq, Pakistanın bu ağır günündə ona yardım edən ilk dövlətlərdən biri olmuşdur.{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında