Kiyevdə "Ukrayna-Avropa-Dünya. İnkişafın humanitar aspektləri" adlı beynəlxalq nəşrin təqdimat mərasimi keçirilmişdir

Bu nəşr Azərbaycan haqqında məlumatla başlanır
Avqustun 26-da Ukraynada "Ukrayna-Avropa-Dünya. İnkişafın humanitar aspektləri" adlı kitab təqdim edilmişdir.
Ukraynanın dünya ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlərinə həsr edilmiş bu nəşrin təqdimatı Ukrayna Milli İnformasiya Agentliyində (Ukrinform) layihənin təşkilatçılarının - Ukrayna Jurnalistlər Konfederasiyasının və Ukrayna Naşirlər Konsorsiumunun iştirakı ilə keçirilmişdir. Tədbirdə diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, alimlər, siyasətçilər və mədəniyyət xadimləri iştirak etmişlər.
Layihənin baş direktoru Svetlana Qalyuta demişdir ki, bu nəşrin əsas vəzifəsi Ukraynadakı səfirliklərin və xarici nümayəndəliklərin, eləcə də bu ölkənin xaricdəki diplomatik missiyalarının fəaliyyətini işıqlandırmaqdır.
Kitab Azərbaycan haqqında söhbətlə başlanır. Ölkəmizə həsr edilmiş bölmə daha ətraflı və əhatəlidir. Burada Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, respublikamızın bugünkü daxili və xarici siyasətində qazanılmış uğurlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar barədə informasiya təqdim edilmiş, Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti barədə məlumat verilmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər açıqlanmış, Xocalı soyqırımının qurbanlarına ucaldılan abidənin şəkli dərc edilmişdir.
Azərbaycana həsr edilmiş bölmə fotoşəkillərlə illüstrasiya edilmişdir. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, Azərbaycanın dilbər guşələrinin fotoşəkilləri təqdim edilir.
Yeni nəşrin üç dildə - Ukrayna, rus və ingilis dillərində 10 min nüsxə tirajla çıxması, Ukraynanın xaricdəki səfirliklərinə və nümayəndəliklərinə, xarici ölkələrin Ukraynadakı diplomatik missiyalarına, dövlət orqanlarına, kitabxanalara, işgüzar elita nümayəndələrinə pulsuz göndərilməsi nəzərdə tutulur.

{nl}

Zeynal AĞAZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında