Gəncə: məzun işsiz qalmayacaq

Sirr deyil ki, son illər ölkədə  iş yerlərinin sayı artdıqca ali və orta ixtisas məktəblərini bitirənlərin, eləcə də işləmək arzusunda olan hər bir kəsin gələcək taleyi də müsbət həll olunur, o, istehsalat həyatına qədəm qoyur.

Məzunların elə tələbəlik illərindən başlayaraq iş yerləri  barədə tədbirlər həyata keçirmək Azərbaycan Texnologiya Universiteti rektorluğu və ictimai təşkilatları tərəfindən  daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Gəncənin, respublikanın digər müxtəlif şəhər və rayonlarının əmək kollektivləri ilə sıx əlaqə yaradılmışdır. Tələbə və müəllimlər tez-tez müxtəlif kollektivlərdə olur, iş şəraiti ilə maraqlanır, təcrübə keçirlər. Qeyd etmək lazımdır ki, universitetin bir sıra xarici ölkə ali məktəbləri, o cümlədən respublikadakı nazirlik, şirkət, baş idarələrlə də əlaqələri möhkəmləndirilmişdir.

Son vaxtlar əmək yarmarkalarına da diqqət artırılmışdır. Belə tədbirlərdə də seçim yüksəkdir. Azərbaycan Texnologiya Universitetinin  Gəncə Şəhər Məşğulluq Mərkəzi və Gəncə Dövlət Universiteti ilə birgə keçirdiyi “Məzun - 2014" əmək yarmarkası da belə tədbirlərdən biri oldu. Burada 30-a yaxın müəssisə və təşkilat müxtəlif ixtisaslar üzrə 150-yə yaxın vakant iş yerləri ilə iştirak etdi.

Gəncənin Baş meydanında təşkil olunan yarmarkada əsasən Azərbaycan Texnologiya Universitetinin əməkdaşlıq etdiyi bir çox müəssisələrin insan resursları şöbələrinin nümayəndələri məzunların tərcümeyi-hal (CV) formalarını qəbul edərək sonradan onlarla əlaqə saxlayacaqlarını, məzunları müsabiqə yolu ilə seçim turuna dəvət edəcəklərini bildirdilər. Çox böyük maraqla qarşılanan yarmarkada əsas məqsəd ali təhsilli gənc məzunların öz ixtisaslarına uyğun olaraq müvafiq işlə təmin edilməsi, eyni zamanda Azərbaycan Texnologiya Universitetinin gələcəkdə digər müəssisə və təşkilatlarla sıx əməkdaşlıq əlaqəsini qurmaqdır.

“Məzun 2014” əmək yarmarkasında 300-dən artıq məzunun CV formaları təşkilatlar tərəfindən qəbul edildi. Yarmarkada “Gəncə-Şərab 2” ASC, “Göy-Göl” şərab zavodu, şəhər statistika idarəsi, yaşıllaşdırma idarəsi, “Det-AL” Alüminium MMC, “Neon” firması, “Lalə tekstil” MMC, şəhər telekommunikasiya idarəsi, müxtəlif banklar, şirkətlər iştirak edirdi. Onların işi, məhsulları da nümayiş olunurdu.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yarmarkanın işi ilə yaxından tanış oldu, öz tapşırıqlarını verdi, tövsiyələrini bildirdi.

 

Hamlet QASIMOV,

 “Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında