Hövsan qəsəbəsində reyd keçirilmişdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Hövsan qəsəbəsindəki Xəzər sahili ərazisində bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilmişdir.
Suraxanı rayonu Hövsan qəsəbəsindəki dənizkənarı ərazidə fəaliyyət göstərən "Sevil-O" istehsalat kommersiya firmasına məxsus "Tropikanka" iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Hövsan qəsəbəsində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə Xəzər sahili ərazidə fəaliyyət göstərən "Delfin" iaşə obyektinin iş icraçısı R.Qurbanov və "Elnur" iaşə obyektinin iş icraçısı D.Quliyeva hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşdur.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında