Şərurda uşaq bağçası açılmışdır

Şərur şəhər uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov rayonda aparılan tikinti-quruculuq işlərindən danışmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bağçanın istifadəyə verilməsi münasibətilə kollektivi, bağçanın xidmətindən istifadə edən ailələri, uşaqları təbrik edərək demişdir: Ulu öndər Heydər Əliyev uşaqlara qayğını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Ümummilli liderin bu sahədə yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 12 aprel tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" təsdiq olunmuşdur. 2009-cu il ölkəmizdə "Uşaq ili" elan edilmişdi. Bu proqram və il çərçivəsində muxtar respublikada 2005-2010-cu illər ərzində fəaliyyətdə olan 15 uşaq bağçasından 10-u yenidən quruldu və ya yenidən tikilərək istifadəyə verildi. Hazırda Naxçıvan şəhərinin 2-ci mikrorayon massivində 200 yerlik, Culfa şəhərində isə 160 yerlik uşaq bağçası tikilir. Obyektlər bu il istifadəyə veriləcəkdir. Muxtar respublikada 15 uşaq bağçası fəaliyyət göstərir. Bağçalarda 1.770 uşağın təlim-tərbiyəsi ilə 513 tərbiyəçi-müəllim, dayə və xidməti heyət məşğul olur. Bağçalar üçün yaradılmış şərait ulu öndərimizin müəyyənləşdirdiyi dövlət siyasətinin yerinə yetirilməsinin göstəricisidir.
Açılışı bildirən lent kəsildikdən sonra iştirakçılar binada yaradılan şəraitlə tanış olmuşlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında