"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvləri Biləsuvarda Milli Qəhrəmanın ailəsində olmuşlar

Avqustun 26-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və birliyin idarə heyətinin üzvləri Biləsuvarın Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi ilə görüşmüşlər.
Bayram Səfərov, Xocavənd və Xocalı rayonları icra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov, Şahmar Usubov, AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev, Milli Məclisin deputatları Elman Məmmədov, Həvva Məmmədova, Aynur Quliyeva şəhid gizirimizin doğmalarına başsağlığı vermişlər.
Mübarizin valideynlərinə yazdığı və böyüdülüb divardan asılmış məktubu qonaqları kövrəltmişdir. Məktubda deyilir: "Canım atam və anam, məndən sarı darıxmayın, inşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür, Vətən sağ olsun!
Oğlunuz Mübariz. Haqqınızı halal edin. İbrahimov Mübariz".
Natiqlər qeyd etmişlər ki, Mübarizin məktubunun hər sətirində nəzərə çarpan vətənpərvərlik, cəsarət, fədakarlıq gənclərimizə nümunə olmalıdır. Hesab edirik ki, Azərbaycanda yüzlərlə, minlərlə Mübarizimiz var. Azərbaycan xalqı qəhrəman oğullarının fədakarlığına güvənir və öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır.
Görüşdə Mübarizin misilsiz şücaətindən, Vətən və millət naminə fədakarlığından söhbət açılmış, keçdiyi döyüş yolunun hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğu, göstərdiyi qəhrəmanlığın əsgərlərimizdə öz qüvvəsinə inamı gücləndirdiyi vurğulanmışdır.
Qonaqlar xatirə kitabına ürək sözlərini yazmışlar.
Qəhrəmanın atası Ağakərim kişi oğlunun xatirəsini əziz tutanların hamısına təşəkkür etmişdir. O, dünya azərbaycanlılarının da onun kədərinə şərik olduğuna işarə ilə "Bir oğul itirdim, 50 milyon doğma qazandım",- deyə vurğulamışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında