Otto HAUZER: İctimai Televiziya Azərbaycanda demokratiyanın və medianın inkişafına mühüm töhfə verir

Ölkəmizdə səfərdə olan Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputatı Tomas Bareiss avqustun 26-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşmüşlər.
Teleradionun fəaliyyəti barədə qonaqları məlumatlandıran İ.Ömərov bu günlərdə İctimai TV-nin 5 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdıraraq demişdir: "Biz yeni, demokratik və şəffaf bir institut kimi cəmiyyət tərəfindən qəbul olunmuşuq. Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar və xarici ölkələrin diplomatik nümayəndələri bizimlə əməkdaşlıq edir və birgə layihələr həyata keçiririk".
Baş direktor bildirmişdir ki, İctimai Teleradio Avropa Yayımları Birliyinin üzvü kimi dünyanın aparıcı televiziyaları ilə də əməkdaşlıq edir.
Otto Hauzer İctimai Televiziyanın Azərbaycanda demokratiyanın və medianın inkişafına mühüm töhfə verdiyini vurğulamışdır. O, eyni zamanda, baş direktor İsmayıl Ömərovu televiziyanın 5 illik yubileyi münasibətilə təbrik edərək demişdir: "Azərbaycanda tez-tez oluram. Ona görə də xəbərim var ki, İctimai Televiziya çox sevilir və baxılır. Hesab edirəm ki, bu nailiyyətlərə televiziyada çalışan peşəkar insanların sayəsində nail olunmuşdur. Belə bir deyim var: əgər 5 il yaşamaq mümkün olubsa, deməli gələcək çox gözəl olacaq. Sizə daha böyük uğurlar arzulayıram".
Görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Almaniyalı qonaqlar İctimai Teleradionun departament və studiyalarında iş prosesi ilə tanış olmuş, kollektivin üzvləri ilə görüşmüşlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında