BMT-nin ölkəmizlə sıx əməkdaşlığı davam edir

Avqustun 26-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Fikret Akçura ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, BMT-nin ölkəmizlə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir, F.Akçuranı respublikamızda fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, ona işində uğurlar arzulamış, qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əmin olduğunu bildirmişdir. Nazir respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə-hüquq islahatları, o cümlədən hakimlərin Avropada ən mütərəqqi üsullarla seçilməsi və tədrisi, habelə penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə, BMT-nin iştirakını yüksək qiymətləndirmişdir.
Söhbət zamanı BMT ilə əməkdaşlıq çərçivəsində uğurlu layihələrin həyata keçirildiyi qeyd olunmuş, əhalinin dövlət reyestrinin formalaşdırılması və inkişaf etdirilməsi üzrə birgə layihənin səmərəsi vurğulanmışdır.
Digər dövlətlərin 10 illər ərzində əldə etdikləri nailiyyətləri Azərbaycanın qısa müddətdə qazandığını bildirən qonaq ölkəmizdə olmağından məmnunluq ifadə etmiş, ədliyyə və məhkəmə sistemində aparılan genişmiqyaslı işlərə böyük maraq göstərərək, bu sahədə müasir infrastrukturun yaradılmasını təqdir etmiş, həyata keçirilən islahatlara hər cür dəstək göstərməyə hazır olduğunu və əməkdaşlığın daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini söyləmişdir.
Görüşdə insan hüquqlarının təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati məhkəmələrin yaradılması, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi və digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılmış, konkret təkliflər irəli sürülmüşdür. Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında