Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluqçusu vəzifəsinə yeni qəbul olunan şəxslərlə görüş keçirilib

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi sonuncu müsabiqədə uğur əldə edərək Fonda işə qəbul olunan şəxslərlə görüş keçirilib. Bu barədə DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Görüşdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, gündən-günə güclənən müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənməkdədir.
Azərbaycanın bütün uğurlarının kökündə ulu öndərimiz Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi uğurlu islahatlar dayanır. Ulu öndərimizin bu istiqamətdə başladığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davam etdirdiyi islahatlar nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən mükəmməl dövlət idarəetmə sistemi yaradılıb, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün bütün zəruri təsisatlar formalaşıb.
Daha sonra S.Müslümov nəzərə çatdırıb ki, bu gün Azərbaycanda çalışan təxminən 27 mindən artıq dövlət qulluqçusunun 10 faizi DSMF-də fəaliyyət göstərir. DSMF sədri əlavə edib ki, sonuncu dəfə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Fond üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün 61 yer təklif edilmişdi. Həmin vakant yerlər üzrə 188 nəfər müsabiqənin test mərhələsində iştirak edib.
İştirakçıların 45 nəfəri test mərhələsini keçsə də, onlardan yalnız 20 nəfəri müsahibə mərhələsində uğur qazanıb: "Biz qərara gəldik ki, hər iki mərhələni keçənlərin hamısı DSMF-də işlə təmin olunsun. Yəni baxmayaraq ki, bəzi 1 vakant yerlərə 3 nəfər qəbul olunub, onlar ehtiyata yox, öz arzuları ilə digər boş yerlərə işə götürülsün. Bununla da DSMF, ötən illərdə olduğu kimi, müsabiqənin test və müsahibə mərhələlərini müvəffəqiyyətlə keçərək Fonda qəbul olunan şəxslərin hamısının işlə təmin olunması ənənəsinə sadiq qalıb".
Fonda işə yeni qəbul olunan şəxslərə tapşırıq və tövsiyələrini verən S.Müslümov vurğulayıb ki, Prezident İlham Əliyev dövlət qulluqçularının qarşısında həmişə insanlara qarşı diqqətli olmaq, xalqa xidmət göstərmək tapşırığını qoyub: "Hamınız bilməlisiniz ki, dövlət qulluqçusu adı onu daşıyanların üzərinə əlavə məsuliyyət qoyur. Ümid edirəm ki, bu məsuliyyəti dərk edərək, daşıyacağınız dövlət qulluqçusu kimi şərəfli ada layiq olduğunuzu məhz öz fəaliyyətinizlə sübut edəcəksiniz".{nl}

Z.BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında