Səudiyyə Kralından ölkədə yaşayan hər kəsə möhtəşəm çağırış

"Krallıq ərazisində yaşayan bütün insanları ölkə əhalisini, Səudiyyə Ərəbistanındakı xarici şirkətləri, yerli və əcnəbi özəl sektor təmsilçilərini, bütün müəssisə və təşkilatları qardaş Pakistan Respublikasında daşqınlardan zərər çəkmiş insanlara təcili olaraq irihəcmli humanitar yardım göstərməyə çağırıram". Qardaş ölkənin elektron informasiya vasitələrinin və qəzetlərin dönə-dönə təkrarladığı bu çağırışı Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbdüləziz Al Səud imzalamışdır.
Çağırışda qeyd edilir ki, bu yardımlar təcili və təxirəsalınmaz qaydada, eyni zamanda, böyük miqdarda təşkil edilməlidir. Dövlət başçısı bu məqsədlə əhatəli xeyriyyə marafonlarının təşkil edilməsini, həmin marafonlarda mümkün qədər hamının iştirakına nail olunmasını vacib saymışdır. Bu tədbirlərdə dövlət idarəçilik qurumlarının və dövlətə məxsus şirkətlərin daha fəal iştirakı gözlənilir.
Çağırışda Səudiyyə vətəndaşlarına və ölkədə yaşayan hər kəsə müraciət edilməsinə gəlincə isə qeyd edək ki, hazırda bu ölkədə təxminən 24 milyon insan yaşayır və onların cəmi 17 milyonu Səudiyyə vətəndaşıdır. Belə ki, Azərbaycanın dostu və müttəfiqi olan Səudiyyə Ərəbistanı Krallığı öz iqtisadi inkişafının elə bir mərhələsindədir ki, dünyanın istənilən ölkəsindən həm şirkətlər, həm də ayrı-ayrı insanlar işləmək üçün buraya üz tuturlar.
Krallığın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, dövlət başçısının çağırışından dərhal sonra bu istiqamətdə əməli fəaliyyətə başlanılmışdır.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında