Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzi yaradılır

Yaxın günlərdə Bakı Dövlət Universitetində (BDU) Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaqdır.
BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova bildirmişdir ki, "erməni məsələsi" ilə bağlı ən aktual tarixi və çağdaş problemlərin öyrənilməsi, Ermənistanda baş verən ictimai-siyasi proseslərdən Azərbaycan ictimaiyyətinin xəbərdar edilməsi, təcavüzkar dövlətin və erməni diasporunun xarici ölkələrdə Azərbaycana və türk dünyasına qarşı apardığı ideoloji-təxribat fəaliyyətləri, onların qarşısının alınması tədbirlərinin həyata keçirilməsi üçün belə bir mərkəzin yaradılmasına ciddi ehtiyac vardır.
Erməni saxtakarlıqlarının ifşasına həsr olunmuş tədbirlərin birində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov universitetdə belə bir elmi mərkəzin fəaliyyətinə ehtiyac olduğunu vurğulamışdı. O, bildirmişdi ki, Azərbaycanın aparıcı ali təhsil ocağında belə bir mərkəzin yaradılması cəmiyyətimizdə bu sahədə olan müəyyən boşluğu aradan qaldıracaqdır.
Yeni mərkəz həm ölkə daxilində, həm də xarici dövlətlərdə "erməni məsələsi"nin əsl mahiyyətini, müəyyən tarixi dövrlərdə Qərbin missioner fəaliyyətini, Anadolu və Cənubi Qafqazda güddükləri məqsədləri, Ermənistan dövləti yaratmaq planlarını və nəhayət, tarixi Azərbaycan torpaqları hüdudlarında bu planın gerçəkləşməsini elmi cəhətdən analiz edəcək, bütün incəlikləri ilə araşdırıb ortaya qoyacaqdır. Mərkəzdə erməni terrorunun xarakteri açılacaq, tarixi düşmənlərimizin xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin xronologiyasi hazırlanacaqdır. Bu işləri reallaşdırmaq məqsədi ilə erməni dilini bilən araşdırmaçıları mərkəzin ətrafında toplamaq və ümumi bir konsepsiya hazırlayaraq həyata keçirmək nəzərdə tutulmuşdur.
Yüzillər boyu müxtəlif ölkələrdə təşkilatlanmış erməni diaspor təşkilatları tərəfindən Azərbaycana və Türkiyəyə qarşı düşünülmüş təxribatların aparılması və tarixdə baş verən hadisələrin bir qayda olaraq saxtalaşdırılması, dövlətimizə və millətimizə qarşı əsassız iddiaların irəli sürülməsi və böhtanlar atılmasının sistem şəklini aldığı indiki dövrdə Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən hadisələrə düzgün qiymət vermək mərkəzin qarşısında duran əsas vəzifələrdəndir. BDU-nun Erməni Araşdırmaları Elmi Mərkəzini əsl elmi- strateji, sosioloji araşdırma obyektinə çevirmək planlaşdırılır. Gələcəkdə bu sahədə çalışmaq üçün mütəxəssislərin hazırlanmasına da diqqət yetiriləcəkdir.
Bu gün Ermənistanda baş verən proseslərin öyrənilməsi və elmi cəhətdən tədqiq edilməsi mərkəzin əsas fəaliyyət istiqamətlərindən olacaqdır.
Mərkəz ermənidilli mətbuatda, internet saytlarında və TV-lərdə (Ermənistan İctimai TV, "Şant TV", "USArmenia TV", Yerkir- Media TV və s.) gedən materialları sistemləşdirəcək, onların əsasında analitik materiallar hazırlayacaq, araşdırmalar aparacaqdır. Mərkəzin ayrıca saytı yaradılacaq, elmi dilində jurnalı nəşr ediləcək, bu mövzuda aparılan elmi tədqiqatlar, yazılan məqalələr müxtəlif dillərə tərcümə edilərək sayta yerləşdiriləcək və yayılacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında