Azərbaycan MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur

Avqustun 25-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov İraqın ölkəmizdə yeni təyin olunmuş səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir yeni təyinat münasibətilə səfiri təbrik etmiş, diplomatik fəaliyyətində ona uğurlar arzulamışdır.
General-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin strukturu, funksiyaları və fəaliyyət istiqamətləri, eləcə də Avropa standartlarına uyğun, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınmaqla yeni qanunların qəbul olunmasından danışmış, ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini səfirin diqqətinə çatdırmış, ölkəmizdə aparılan demokratik islahatların əsas məqsədinin insan hüquq və azadlıqlarının təmini, ümumbəşəri dəyərlərin qorunması olduğunu vurğulamışdır.
Daxili işlər naziri xatırlatmışdır ki, indi ölkəmiz nəinki MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur. Kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin, əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına yatırılmasına əlverişli şərait yaratmışdır.
Nazir qlobal xarakter almış beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi təhlükəli bəlalara qarşı birgə mübarizə aparılmasının zəruriliyini vurğulamışdır. Ölkəmizin antiterror koalisiyasının fəal üzvlərindən biri olduğunu xatırladan DİN rəhbəri müasir tarixin ən həlledici dövrünü yaşayan dost İraq xalqına və dövlətinə möhkəm sülh və əmin-amanlıq arzulamışdır.
Səmimi qəbula, ətraflı məlumata görə minnətdarlığını bildirən Heydər Şiyə Qubeyşi əl-Barrak ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin qədim tarixə malik olduğunu, İraq polisinin azərbaycanlı həmkarlarının təcrübəsindən öyrənməsinin çox faydalı ola biləcəyini, iki dövlətin müvafiq strukturları arasında əlaqələrin yaradılmasını və genişlənməsini nəzərdə tutan niyyət protokolunun imzalanmasının əhəmiyyətini qeyd etmişdir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında