Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bildirmişlər ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən növbəti müsabiqə başa çatmışdır.
Komissiya 42 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdir.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu cari il martın 9-dək davam etmişdir. Müsabiqənin test imtahanı mərhələsi aprelin 30-dan iyulun 5-dək Komissiyanın "Test imtahanı mərkəzində" keçirilmişdir.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 4111 (966-sı qadın, 3145-i kişi) namizəd qeydə alınmışdır. Onlardan 324-ü qadın, 1010-u kişi olmaqla 1334 nəfər (bütün namizədlərin 32,45 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurmuşdur.
Test imtahanı mərhələsini uğurla başa vuran namizədlərdən 340 nəfər (92 qadın, 248 kişi) 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə, 414 nəfəri (76 qadın, 338 kişi) 8-ci və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını yığmışdır. 580 nəfər (156 qadın, 424 kişi) 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 8-ci və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını yığmışdır. Namizədlərdən 608 nəfər test imtahanında iştirak etməmişdır.
Test imtahanı mərhələsini uğurla keçən namizədlər üçün müsabiqənin müsahibə mərhələsi cari il mayın 25-də başlamış və avqustun 24-də başa çatmışdır. 1334 namizəddən 395-i (97 qadın, 298 kişi) bu mərhələni uğurla başa vurmuşdur.
Daha ətraflı məlumatı Komissiyanın rəsmi internet saytından - www.csc.gov.az və ya www.dqmk.gov.az almaq olar.
AzərTAc

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında