Britaniyalı arxitektor Bakının mərkəzi küçələrinin regenerasiyası planını hazırlayacaqdır

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) Dünya Bankı ilə birlikdə "Şəhər ərazilərinin regenerasiyası" mövzusunda seminar-treninq keçirmişdir.
Seminar inkişaf etməkdə olan ölkələrə, o cümlədən Qafqaz regionu dövlətlərinə Dünya Bankının yardımı çərçivəsində təşkil olunmuşdur.
Layihənin məqsədi Bakı şəhərinin problemli ərazilərindən birinin dünya təcrübəsi baxımından yenidən qurulub abadlaşdırılmasının sxematik və konseptual həlli variantını hazırlamaqdır.
Layihənin hazırlanmasına rəhbərlik Dünya Bankı tərəfindən ingiltərəli tanınmış memar Zəki Qiyasiyə tapşırılmışdır. Tədbirdə ərazilərin ilkin variantları ilə tanışlıqdan sonra Z.Qiyasi yerli mütəxəssislərlə birlikdə N.Nərimanov və Azərbaycan prospektləri, Nizami və Bakıxanov küçələrinin əhatə etdiyi və şəhərsalma baxımından abadlaşdırılmağa daha çox ehtiyac duyulan ərazinin üzərində dayanmışdır. Yaxın günlərdə ictimai əsaslarla yerli mütəxəssislərdən təşkil ediləcək xüsusi işçi qrupu seçilmiş ərazinin nümunəvi regenerasiya (yenidənqurma) layihəsini 2010-cu ilin sonunadək DŞAK-a təqdim etməlidir.
Bu müddətdə mütəxəssislərin əyani tanışlıq və təcrübə mübadiləsi məqsədilə İngiltərənin London və Liverpul şəhərlərinə səfərləri də nəzərdə tutulur.
Səfərlər və layihəyə rəhbərlik xərcləri Dünya Bankının ayırdığı qrant hesabına maliyyələşəcəkdir.
Seminarda çıxış edən Z.Qiyasi layihənin ilkin təqvim-planı barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu işdə əsas diqqət ərazinin tarixi-memarlıq mühitinin maksimum qorunması şərti ilə insan amilinə, ərazinin sosioloji və biznes qiymətləndirilməsinə, mətbuatın və əhalinin məlumatlandırılmasına yönəldilməlidir. Layihə üzrə əldə ediləcək təcrübə və yanaşmalar respublikanın digər şəhərlərinin inkişafı və abadlaşdırılması layihələrinin hazırlanması zamanı nəzərə alınacaqdır.
Z.Qiyasi bir memar kimi İngiltərədə formalaşmış və hazırda "McBains Cooper" şirkətində çalışır. Dünyanın beş ölkəsində ofisi olan bu şirkətin 200-dən çox əməkdaşı var və şəhər ərazilərinin dirçəldilməsi layihələrinin hazırlanması və həyata keçirilməsi sahəsində böyük təcrübəyə malikdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında