Azərbaycan-Rusiya sərhədində və Xəzər dənizi hövzəsində əməliyyat şəraiti və onun inkişaf meyilləri müzakirə olunmuşdur

Avqustun 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Proniçevin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında Azərbaycanın "Samur" dövlət sərhədinin buraxılış məntəqəsində işçi görüşü keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Rusiya sərhədində və Xəzər dənizi hövzəsində əməliyyat şəraiti və onun inkişaf meyilləri müzakirə olunmuş, sərhəd xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Tərəflər beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa, dövlət sərhədində digər qanunsuz fəaliyyətə qarşı birgə mübarizə aparılmasının vacibliyini qeyd etmiş və bu istiqamətdə görülən işləri müsbət qiymətləndirmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında