Azərbaycandan Bosniya və Herseqovinada təbii fəlakətdən zərər çəkmiş insanlara humanitar yardım göndərilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Bosniya və Herseqovinaya təbii fəlakətdən zərər çəkmiş insanlara təyyarə ilə humanitar yardım göndərmişdir.

FHN-in Maddi-Texniki Təchizat İdarəsinin rəisi Amal Teymurov bildirmişdir ki, Bosniya və Herseqovinada baş vermiş sel daşqınlarından zərər çəkmiş insanlar üçün Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan tərəfindən humanitar yardım yola salınmışdır. Yardıma 12 motorlu qayıq, 260 müxtəlif ölçülü çadır, 300 səhra yataq dəsti, 40 generator, 1500 adyal, 20 su pompası və digər zəruri materiallar daxildir.

Gecə saatlarında FHN-in ayırdığı yardımla yüklənmiş təyyarə Bosniya və Herseqovinaya enmişdir. Təyyarəni Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçin kabinetinin rəhbəri Bakir Sadoviç və yüksək səviyyəli rəsmilər qarşılamış, bu ölkənin məşhur mətbuat orqanları Azərbaycan tərəfindən göstərilən dəstəyi geniş işıqlandırmışdır.

Daha sonra yardımlar FHN-in əməkdaşları tərəfindən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin iştirakı ilə müvafiq qurumlara təhvil verilmişdir.

Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri, eləcə də Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki rezident əlaqələndiricisi Yuri Afanasyev təbii fəlakətlə bağlı Azərbaycandan göndərilən yardımlara görə xüsusi minnətdarlıqlarını ifadə etmişlər.

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Sarayevo


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında