Biləcəri enerji təchizatı və enerji satışı sahəsinin rəisi 71 bıçaq zərbəsi ilə qətlə yetirilmişdir

Yasamal rayonunda ağır qətl hadisəsi törədilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki, avqustun 22-də saat 1:20 radələrində Bakı şəhər sakini Allahverdiyev İsmayıl Nuruş oğlu Yasamal rayonunun Bünyadzadə küçəsi, 2 ünvanında yerləşən evində qəsdən öldürülmüşdür.
Hadisə barədə Yasamal Rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları dərhal hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirmişlər, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayət aləti olan bıçaq götürülmüşdür.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, avqustun 22-də saat 00:40 radələrində 1974-cü il təvəllüdlü Bakı şəhər sakini, işləməyən Yəhyayev Faiq Əliağa oğlu, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Bayramov Habil Fətəli oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qohumu, 1952-ci il təvəllüdlü, Biləcəri enerji təchizatı və enerji satışı sahəsinin rəisi Allahverdiyev İsmayıl Nuruş oğlunu tamah məqsədi ilə qəsdən öldürmək üçün onun yaşadığı mənzilə gəlmişlər. Onlar özlərində olan bıçaqla İ.Allahverdiyevin bədəninin müxtəlif nahiyələrinə 71 zərbə vuraraq xüsusi amansızlıqla qəsdən öldürmüşlər. İsmayıl Allahverdiyevin səsinə həmin binada yaşayan qohumları gəlmiş, hadisə barədə dərhal polisə məlumat vermişlər. Bu zaman Habil Bayramov ifşa olunacağından ehtiyatlanaraq məsuliyyətdən yaxa qurtarmaq üçün özünü 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yerə atmışdır. Faiq Yəhyayev mənzildə cinayət başında yaxalanmışdır.
Habil Bayramov dərhal təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya çatdırılmışdır. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.4-cü maddələri ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. F.Yəhyayev şübhəli şəxs qismində dindirilərkən hadisəni tamah məqsədi ilə törətdiyini etiraf etmişdir.
Hazırda iş üzrə istintaq Yasamal Rayon Prokurorluğunda davam etdirilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında