İlk nəvənin və ilk övladın düşərli qədəmləri
Nəhayət ki, üzücü istilər səngidi və yağışlar ölkəyə həsrətlə gözlədiyimiz sərinlik gətirdi. Lakin bu yağışlar başlamazdan öncə, avqustun 21-dən 22-nə keçən gecə, AzTV tamaşaçıları başqa bir yağışın,- "Avtoşou" - dan "avtomobil yağışının" şahidi oldular. Söhbət "Azerlotereya" ASC - nin təşkil etdiyi "Avtoşou" lotereyasının 1-ci tirajının qaliblərinə uduşların təqdimatı mərasimindən gedir. Hesab edirik ki, bu prosesi izləyən hər bir tamaşaçı gözəl hisslər yaşadı və bu təbiidir. Özünüz baxın. 15 ailə "Toyota Corolla"(1 ədəd), "KİA RİO" (1 ədəd) və VAZ-2107 (13 ədəd) avtomobillərinə, minlərlə insan irili- xırdalı pul uduşlarına sahib oldular. Uduşların coğrafiyasına diqqət yetirək.
Şəmkirdən Bayramov Ehtibar Musa oğlu "Toyota Corolla" avtomobilinə, Bakı şəhərindən Əliyev Etibar Sovet oğlu və (Bülbülə qəsəbəsindən) Əliyev Rasim Böyükağa oğlu, Naxçıvandan İbrahimov Qadir Qənbər oğlu, Lənkərandan İbadov Elsevər Bəşir oğlu, Biləsuvardan İsmayılzadə Toğrul Sultanməhəmməd oğlu, Qaxdan Verdiyev Rasim Mehdixan oğlu, Qəbələdən Bayramova Miyasə Əli qızı, Qusardan Cavadova Kifayət İbrəmxəlil qızı, Qubadan İbrahimova Leylifə Tacəddin qızı, Bərdədən Quliyev Niyazi Əjdər oğlu, Yevlaxdan Ağayev Raquf Kazım oğlu, Şəkidən Səmədov Qoşqar Natiq oğlu, Füzulidən Rzayev Rauf Ayaz oğlu VAZ-2107 avtomobillərinə sahib oldular.
Salyandan Kərimov Babək Loğman oğlu 2000 manat, Naxçıvandan Yusifov Bəhram Müsməd oğlu 3000 manat, Ağdamdan Quliyeva Fatma Surxay qızı 5000 manat pul uduşlarına sahib oldular.
Yeri gəlmişkən, "Azerlotereya" ASC -dən bildirdilər ki, "KİA RİO" avtomobilinin açarları 214 852 seriya nömrəli biletin sahibini gözləyir.
Uduş sahiblərindən ən gənci Biləsuvar şəhər sakini İsmayılzadə Toğrulun cəmi 17 yaşı var və yəqin ki, bu yaşda yeniyetmənin 2 manata aldığı lotereya bileti ilə VAZ-2107-yə sahib olduqda özündən ixtiyarsız ətrafinda hansı müsbət aura yaratdığını təsəvvür etmək çətin deyil. Qaliblərdən ikisi haqqında xüsusi olaraq danışmamaq mümkün deyil. Yevlax rayon sakini, hələ 50 yaşı haqlamayan Ağayev Raquf Kazım oğlunun sevincinin həddi-hüdudu yoxdur. Bu günlərdə ilk nəvəsi dünyaya gəlib və Raquf müəllim avtomobil udmasının "əsas səbəbini" dəqiq bilir və birmənalı şəkildə "nəvəmin qədəmləri uğurlu oldu!" deyir. Əvvəla, nəvə üçün - "xoşbəxt olsun, atalı - analı, babalı-nənəli böyüsün", uduşla bağlı isə "xeyirli olsun!" deyirik. Hələ bu harasıdır!
Bərdə şəhər sakini Quliyev Niyazi Əjdər oğlu ilə söhbət etdikdə qulaqlarımıza inana bilmirdik. O da Raquf müəllim kimi sevinc yaşayır. Sadəcə olaraq, fərq ondadır ki, 29 yaşlı Niyazinin ilk övladı dünyaya gəlib və o da Raquf müəllim kimi əmindir ki, ilk övladı, oğlu Məhəmmədin qədəmləri uğurlu oldu. Biz öz növbəmizdə əminik ki, bu məhz belədir və Niyaziyə də, oğul üçün - "xoşbəxt olsun", uduşla bağlı isə "xeyirli olsun!" deyirik.
Şəki şəhər sakini Səmədov Qoşqar Natiq oğlu uduşa sevinsə də ikili hiss keçirirmiş. Məsələ burasındadır ki, Qoşqar təzəlikcə VAZ-2107 avtomobili alıbmış və fikirləşirmiş ki, ya sürdüyü, ya da udduğu avtomobili satmalı olacaq. Biləndə ki, onu heç bir problem gözləmir, çox sevindi. "Azerlotereya" ASC müntəzəm olaraq elan edir ki, qaliblər arzularına müvafiq olaraq udduqları abtomobilin pul ekvivalentini ala bilərlər. Bir daha qeyd edirik ki, uduş sahiblərindən heç bir vergi tutulmur.
"Azerlotereya" ASC-nin keçirdiyi oyunlardan hansına üstünlük verirsiniz?" sualına qaliblərin cavabları müxtəlif oldu. Bütün oyunlar maraqlıdır və açıqdan-açığa favorit oyun yoxdur. Avqustun 7-dən həyata vəsiqə almış "Piramida" lotereyası kifayət qədər populyarlıq qazanıb. Təkcə onu demək kifayətdir ki, bu oyunda "cek pot"un məbləği qısa müddət ərzində 50 000 manatlıq səddi keçib.
Bir daha bütün qaliblərə "Xeyirli olsun! Xeyir işlərdə istifadə edin!" deyir, lotereya həvəskarlarına xatırladırıq ki, "Avtoşou" lotereyasının 2-ci tirajı avqust ayının 28-də keçiriləcək. Əminliklə demək olar ki, bu tiraj daha da möhtəşəm olacaq. Daha 15 avtomobil 100% uduşludur.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.