Əfqanıstan müharibəsinin veteranı yubiley medalı ilə təltif olunmuşdur

Əfqanıstan müharibəsinin veteranı Rəşid Kalbalıyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalı ilə təltif olunmuşdur.

İndiyədək SSRİ-nin yaradılmasının 70 illiyi ilə əlaqədar yubiley medalı, o cümlədən “Əfqan xalqından təşəkkür” və “Beynəlmiləl döyüşçü” medallarını almış Rəşid Kalbalıyev bu yüksək mükafata sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə layiq görülmüşdür. 

 Qeyd edək ki,  1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirmişdir. SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min nəfər hərbçi Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmişdir.

Azərbaycanlı döyüşçü Rəşid Kalbalıyev də 1983-1986-cı illərdə Əfqanıstanda keçirilən bir çox hərbi əməliyyatların iştirakçısı olmuş, dəfələrlə ölümlə üz-üzə gəlmişdir.

 Keçmiş döyüşçü deyir ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də təcavüzkar Ermənistanın işğalı altındadır. Bu müharibədə minlərlə soydaşımızı itirmişik. Lakin dünya hələ də susur. Aparıcı beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar icra olunmur, Ermənistan məkrli siyasətindən və iddialarından əl çəkmir. Lakin  Ermənistan və onların havadarları birmənalı olaraq bilməlidirlər ki,  gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Torpaqlarımızı işğaldan azad etməyə həm iqtisadi, həm də hərbi gücümüz yetərincədir.

Hazırda Azərbaycan Dövlət Teleqraf Agentliyində sürücü kimi fəaliyyətini davam etdirən Rəşid Kalbalıyev qətiyyətlə bildirir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq əmr verəcəyi andan silaha sarılmağa, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazırdır.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında