Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində şənlik

Sevinc Abdullayeva: Bundan sonra da dövlətçiliyimizə və ulu öndərin siyasi kursuna sadiqliyimizi nümayiş etdirəcəyik

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi  ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində şənlik keçirib.

Əvvəlcə mərkəzlə bağlı videoçarx nümayiş etdirilib. 2013-cü il oktyabr ayının 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, fondun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın iştirakı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr olan bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Kompyuter, loqoped, riyaziyyat, astronomiya otaqları və digər yardımçı otaqlar da ən müasir avadanlıqla təchiz olunub. Mərkəzə Heydər Əliyev Fondu tərəfindən avtobus da hədiyyə edilib.

Şənlikdə çıxış edən YAP Nizami rayon təşkilatının Gənclər Birliyi idarə heyətinin üzvü, “Qayğı” sağlam nəsil naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva  bildirib ki, cəmiyyətimizdə humanizmin, xeyriyyəçiliyin inkişafında, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının göstərilməsində Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti gənclərə nümunədir. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyi olaraq, biz bu cür addımlardan həvəslənərək və nümunə götürərək bugünkü şənliyi təşkil etdik. Biz bir daha dövlətimizin başçısı cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya öz minnətdarlığımızı bildiririk ki, bu cür sabit və dinamik inkişaf edən ölkəmizdə övladlarımızı aydın səma altında böyüdürük. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyi adından qeyd edirik ki, bundan sonra da dövlətçiliyimizə, ulu öndər Heydər Əliyevin siyasi kursuna və cəmiyyətimizdə bərqərar olmuş humanizm prinsiplərinə sadiqliyimizi nümayiş etdirəcəyik.

Çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, Heydər Əliyev şəxsiyyətinin titanik fəaliyyəti sayəsində beynəlxalq aləmdə layiqli yer tutan suveren Azərbaycan dövlətinin təşəkkül tapmasında və möhkəmlənməsində şəxsiyyətin rolundan söz açıb.

Sonra Nizami Rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin kollektivinin rəqs nümunələri nümayiş etdirilib və uşaqlara hədiyyələr verilib, daun sindromlu uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib və xatirə şəkilləri çəkdirilib.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında