"Azərbaycan-Avropa velosiped yürüşü" keçiriləcəkdir

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə 2010-cu il "Ekologiya ili" elan olunmuşdur. Ekoloji təhlükəsizliyin təmin edilməsi Azərbaycanın sosial-iqtisadi həyatının prioritet məqsədlərindən biridir. Dünyada baş verən qlobal ekoloji problemləri nəzərə alaraq, ətraf mühitin qorunması məsələləri ölkəmizdə də aktualdır.
Bu məqsədlə respublikamızda "Ekologiya ili" çərçivəsində ətraf mühitin təhlükəsizliyinə töhfə verən aksiyalar, yürüşlər, ekoloji mesajın ictimaiyyətə çatdırılması üçün müxtəlif tədbirlər keçirilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, belə ekoloji tədbirlərdən biri də Azərbaycanın xarici siyasət idarəsi, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və ölkəmizdəki Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə avqustun 28-dən sentyabrın 6-dək keçiriləcək "Azərbaycan-Avropa velosiped yürüşü"dür.
Velosipedin ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, Azərbaycanda bu cür yürüşün keçirilməsi ətraf mühitin qorunmasına verilmiş töhfələrdən biri ola bilər.
"Azərbaycan-Avropa velosiped yürüşü" "Azərbaycan velosiped həftəsi" çərçivəsində ilk tədbirdir. Belə yürüşlərin "Azərbaycan velosiped həftəsi" çərçivəsində növbəti illərdə də keçirilməsi nəzərdə tutulmuşdur.
Builki yürüşün məqsədi ətraf mühitin qorunması, enerji, ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliği, eləcə də, velosiped idmanının Azərbaycanda dəstəklənməsidir.
Tədbirdə yerli və xarici diplomatlar, ekoloqlar, velosipedçilər, energetika və yaşıl texnologiyalar sahəsində ekspertlər və digər mütəxəssislər iştirak edəcəklər.
Yürüşün sponsorları "Buta", "AzMeCo", "Azercell", "Nissan" və "Coca-Cola" şirkətləridir.
Avqustun 28-də ölkəmizdəki Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının ofisində tədbirlə bağlı mətbuat konfransı keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında