Türkiyənin Qartəpə rayonundakı parka ulu öndər Heydər Əliyevin adı verilmişdir

Türkiyənin Kocaeli vilayətindəki Qartəpə turizm rayonundakı parka Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adı verilmişdir. Bununla bağlı protokolu Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Nəriman Qurbanov və Qartəpə bələdiyyəsinin sədri Şükrü Qarabalıq imzalamışlar.
Protokolun imzalanması mərasimindən əvvəl keçirilmiş görüşdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirmişdir ki, Qartəpə sakinləri Azərbaycan xalqının ümummilli liderinin adının öz rayonlarında əbədiləşdirilməsindən qürur duyurlar. Qardaş ölkələrimiz arasında getdikcə möhkəmlənən və bütün dünyaya örnək olan həmrəyliyin əsasını da türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyev qoymuşdur. Onun məşhur "bir millət, iki dövlət" kəlamı bu gün dövlət rəhbərlərimiz və siyasətçilərimizdən tutmuş sadə insanlaradək hamının dilindədir.
Qartəpə bələdiyyəsinin sədri Şükrü Qarabalıq da başçılıq etdiyi turizm rayonunda Heydər Əliyevin adını daşıyacaq parkın olmasının bütün sakinləri məmnun etdiyini vurğulamış, azərbaycanlı qardaşlarla ən qısa zamanda bu parkın açılışını keçirəcəklərini söyləmişdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında