Naxçıvanda yaşıllıqlara qulluq göstərilir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını təmin etməkdir. 2010-cu ilin "Ekologiya ili" elan olunması da məhz bu məqsədə xidmət edir.
Avqustun 21-də Naxçıvan Muxtar Respublikasında keçirilən iməciliklər mütəşəkkil xarakter daşımış, şəhər və rayonlarda ayrı-ayrı küçə, park və xiyabanlarda, idarə və müəssisələrin, ictimai yaşayış binalarının həyətlərində, yol kənarlarında abadlıq, təmizlik tədbirləri görülmüş, yaşıllıq sahələrinə qulluq göstərilmişdir.
Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, şəhər icra hakimiyyətinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığında keçirilən iməcilikdə iştirak etmişlər.
Xatırladaq ki, ötən iməciliklər zamanı ərazidə 14 hektar sahədə 7 mindən çox meyvə ağacları əkilmiş, ağacların suvarılması üçün Uzunoba su anbarına gedən kanaldan 450 metr uzunluğunda su xətti çəkilmiş, 20 tonluq su çəni qoyulmuş, damcı üsulu ilə suvarma sistemi quraşdırılmışdır.
Budəfəki iməcilikdə ağaclara aqrotexniki qulluq göstərilmiş, yaşıl budama işləri aparılmış, ağaclar suvarılmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, aqrotexniki tədbirlərin davam etdirilməsi, payız mövsümündə isə ərazidə yeni terrasın hazırlanması və burada toxum əkini ilə yaşıllaşdırma işlərinin aparılması barədə tapşırıqlar vermişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında