Naxçıvan Muxtar Respublikasının qazisinin Bəyanatı

Son dövrlər "Yeni Müsavat" qəzetində Naxçıvan Muxtar Respublikası haqqında həqiqətə uyğun olmayan, mənbəyi və mənsəbi "mötəbər mənbələr" adı altında gizlədilən, sifarişli, qərəzli yazılar dərc edilməkdədir.
"Yeni Müsavat" qəzetinin gündəlik nəşrlərində və rəsmi internet saytında bu məsələ ilə əlaqədar müxtəlif başlıqlar altında reallıqdan kənar, qondarma və şayiə xarakterli yazılar Naxçıvan Muxtar Respublikasının ictimaiyyətini narahat etməkdədir.
Adı çəkilən qəzetin 19 avqust 2010-cu il tarixli sayında, üzdəniraq "köşə yazarı" Samir Sarı "Şeytan piarına qadağa" başlıqlı yazısında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ruhanilərin və dindarların fəaliyyətlərinə dair cəmiyyətdə çaşqınlıq salınmasına hesablanmış ifadələr səsləndirmiş, ölkə mətbuatının gündəmində öz absurd fikirləri ilə yer tutmağa çalışmışdır.
Mübarək Ramazan ayında olduğumuz bu günlərdə "Yeni Müsavat" qəzetində yer almış bu məkrli yazının müsəlman qardaşlarımızın dini heysiyyatına toxunması, ciddiyyətdən uzaq və istehza dolu olması muxtar respublikanın əhalisi tərəfindən hiddətlə qarşılanmaqdadır.
Qeyd olunan yazı "Yeni Müsavat" qəzetində dərc edilməsi ilə Naxçıvan Muxtar Respublikasının dindarları arasında əsaslı narazılıq doğurmuş, Naxçıvan Muxtar Respublikasının qazisinə çoxsaylı müraciətlər edilmişdir.
Tam yəqinliklə demək olar ki, Naxçıvan Muxtar Respublikasına qarşı "Yeni Müsavat" qəzetinin ölkəmizin bu gözəl diyarına və onun inanclı insanlarına qarşı ortaya qoyduğu mövqeyi düşmənçilik xarakterli olub şeytana xidmətdən başqa bir şey deyildir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında