"Fransa və fransızlar"...

"Fransa və fransızlar"... Bakıda yenicə çapdan çıxmış kitab belə adlanır.
Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın Fransadakı xüsusi müxbiri, filologiya elmləri namizədi, tanınmış jurnalist Əsgər Əliyevin müəllifi olduğu kitabda Fransanın tarixi, coğrafiyası, mədəniyyəti barədə geniş məlumat verilmişdir.
Xarici dillərin tədris olunduğu universitetlərin tələbələri, o cümlədən geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabda Azərbaycan-Fransa əlaqələrinə xüsusi yer verilmişdir.
Ayrı-ayrı bölmələrdə Azərbaycan-Fransa əlaqələrinin tarixinə, inkişaf mərhələlərinə nəzər salınır. Bir neçə əsr bundan əvvəl ölkələrimiz arasında yaranmış münasibətlərin indi də davam etməsinə diqqət çəkən müəllif bir məsələni də vurğulayır ki, XX əsrin əvvəllərindən başlayaraq tarixi zərurətdən Fransaya mühacirət edən və bütün həyatını bu ölkə ilə bağlayan soydaşlarımız Fransanın inkişafında mühüm rol oynamışlar.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə dövlətlərimiz arasındakı əlaqələrin inkişaf dinamikasını çox aydın şəkildə göstərən müəllif ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin Fransaya səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyini deyir.
Kitabdan aydın görünür ki, bu gün Azərbaycan-Fransa əlaqələrindəki inkişaf bütün sahələri əhatə edir.
Nəşrdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti, Azərbaycan tarixinin, mədəniyyətinin dünyanın mədəniyyət paytaxtında - Parisdə təbliği ilə bağlı görülən işlər də xüsusi qeyd olunmuşdur.
Müəllif Azərbaycan-YUNESKO əlaqələrinə də toxunur və ikitərəfli münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edir.
Əsgər Əliyevin yazdıqlarından aydın olur ki, zaman ötsə də bütün dünya yenə də Parisə heyrandır. Dünya şöhrətli Ernest Heminqueyin "Burada həmişə yaşamaq, yemək, içmək və sevmək istəyirsən", ABŞ Prezidenti Tomas Ceffersonun "Paris hər bir adamın ikinci vətənidir" kəlamlarını bu əsərdə gözəl bir ifadə tamamlayır: "Paris ürəklərimizin döyüntüsündən daha tez dəyişilir".
Kitabın redaktoru AzərTAc-ın Baş direktoru Aslan Aslanovdur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında