Əfqanıstanda təbii fəlakətdən zərər çəkənlərə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən humanitar yardım göndərilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Əfqanıstan İslam Respublikasında təbii fəlakətdən zərər çəkmiş insanlara təyyarə ilə yardım göndərmişdir.

Mayın 4-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ayırdığı 211 min 500 manatlıq qida məhsulları və yataq dəstləri ilə yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Əfqanıstana yola salınmışdır.

FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirmişdir ki, Əfqanıstanın şimalında baş vermiş leysan yağışları nəticəsində subasma və daşqınlardan zərərçəkmiş insanlar üçün Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan dövləti adından humanitar yardım yola salınır. Ərzaq və sənaye məhsullarından ibarət yardımın ümumi çəkisi 122 tondur.

Qeyd edək ki, təyyarə mayın 4-də günortadan sonra Əfqanıstana çatmışdır.

Yardım Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən Əfqanıstan hökumətinə təqdim olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında