Jurnalistlər arasında “Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda yazı müsabiqəsi başa çatmışdır

 

 

AzərTAc xəbər verir ki, müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

Müsabiqə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Mətbuat Şurası ilə birgə layihəsidir.

Böyük maarifçi-ədib Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş müsabiqənin məqsədi görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin təbliğinə yönəlmiş tədbirlərə dəstək verməkdir.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov Əli bəy Hüseynzadənin adı ilə bağlı müsabiqənin qaliblərinin 3 May – Türkçülük Günündə mükafatlandırılmasının təsadüfi olmadığını bildirmişdir. Qeyd edilmişdir ki, Əli bəy Hüseynzadə türk dünyasının ən böyük şəxsiyyətlərindəndir. Onun böyük bir millətin gələcəyinə xidmət edən türkçülük ideyaları isə heç vaxt ölməyəcəkdir.

ATXƏM-in sədri İlham İsmayıl isə görkəmli ədibin adı ilə bağlı müsabiqəyə jurnalist marağının yüksək olduğunu bildirmiş, aprelin 5-dən 30-dək yazı yarışmasına müxtəlif mətbuat qurumlarından

44 materialın daxil olduğunu diqqətə çatdırmışdır.

İştirakçılar əsas, fəxri və həvəsləndirici mükafatlara layiq görülmüşlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında