Naxçıvanda növbəti iməcilik keçirilmişdir

 

 

 

Mayın 3-də Naxçıvan Muxtar Respublikasında keçirilən iməcilik yenə də öz mütəşəkkilliyi ilə yadda qalmış, meyvə bağlarına və yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirmişlər ki, muxtar respublikanın Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin yaxınlığındakı meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.

İməcilik keçirilən ərazinin sahəsi

3,5 hektardır. Ötən iməciliklər dövründə burada 3 minə yaxın müxtəlif meyvə tingi və üzüm tənəyi əkilmişdir. İndi yol boyunca uzanan bu meyvə bağı əraziyə xüsusi gözəllik verir. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərmiş, suvarma işləri aparmış, ətrafda səliqə-sahman yaratmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.

Qeyd edək ki, yaşıllıq zəngin oksigen mənbəyi olmaqla yanaşı, həm də ekoloji tarazlığı qoruyan etibarlı sipərdir. Naxçıvanın təbii gözəlliklərini qorumaq, təbiətini zənginləşdirmək məqsədi ilə keçirilən iməciliklər bu baxımdan mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada yüz hektarlarla yaşıllıq zolaqları və meyvə bağları salınır, ana təbiətin simasına yeni naxışlar vurulur. Meyvə bağları artıq öz bəhrəsini verir, ağaclar bara dolur. Ona görə də bu yaz günlərində iməciliklər davam etdirilir, becərmə və qulluq işləri aparılır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında