"Söz" bizdən də söz açdı

Rusiya Federasiyasının peşəkarlardan ibarət yaradıcı heyətinin ərsəyə gətirdiyi "Slovo" ("Söz") ictimai-siyasi və elmi-ədəbi internet qəzeti özünün son nömrələrindən birində azərbaycanlı yazıçı filosof, üç beynəlxalq akademiyanın akademiki Hacı Fərhad Mirzənin bədii yaradıcılığı barədə geniş söz açmışdır. "Siyasətdən, iqtisadiyyatdan və mədəniyyətdən obyektiv və peşəkarlıqla" devizi altında hazırlanan bu qəzet təkcə Rusiya və ya Müstəqil Dövlətlər Birliyi ərazisində deyil, eləcə də bütün dünyada baş verən istənilən hadisəyə münasibət bildirir, oxuculara şərh və ya analitik material təqdim edir. Qəzet əməkdaşlarının fikrincə, Hacı Fərhad Mirzənin Moskvada nəşr edilən "Kalamı" ("Kəlamlar") kitabı da məhz ədəbi hadisədir.
Qəzetin "Mütaliə dairəsi" rubrikasından verilmiş "Özünün əmin olmadığın məsələni başqasına öyrətmə" adlı məqalənin (ifadə Hacı Fərhadın qeyd olunan kitabından götürülüb) özü barədə söz açmazdan əvvəl müəllifi haqqında bir neçə kəlmə qeyd edək. Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər Təşkilatının katibi, Avrasiya Yazıçılar Liqasının vitse-prezidenti, Nikolay Leskov adına ədəbiyyat mükafatı laureatı, siyasi elmlər namizədi Bayar Jiqmıtov Buryatiyada anadan olmuşdur. Buryatiyanın əməkdar mədəniyyət işçisidir. 7 il Rusiyanın həmin ucqar diyarında regional məsələlər üzrə nazir vəzifəsində çalışmışdır. Rusiya Federasiyası Prezidentinin yanında Dövlət Qulluğu Akademiyasının aspiranturasını "Etnosiyasi münaqişələr, siyasi institutlar və milli proseslər" ixtisası üzrə bitirmişdir.
O, Avrasiya məkanında yaşayıb-yaradan türkdilli ziyalıların əsərlərinə böyük diqqətlə yanaşır, həmin əsərlərin geniş təbliğinə çalışır. Rusiyada "İlin ən yaxşı kitabı" adına layiq görülmüş (2003-cü il) "Baykal vaxtı ilə" kitabı da elə türk xalqlarının tarixi, ədəbiyyatı, mədəniyyəti və maarifi mövzusundadır. Ona "ən milli rus yazıçısı" adlandırılmış Nikolay Leskovun adını daşıyan ədəbiyyat mükafatı verənlər də Bayarın milli məsələlərə nə qədər önəm verdiyini nəzərə almışdılar.
Müəllifin azərbaycanlı ədibin əsərinə müraciət etməsi də təsadüfi deyil. Belə ki, Jiqmıtov 2009-cu ildən Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva şəhər təşkilatında çalışır. Hacı Fərhadın "Kalamı" kitabı da Moskvada məhz bu yaradıcı təşkilatın qrifi ilə nəşr edilmişdir. "Kalamı" kitabı Ottava (Kanada) Kitab yarmarkasında böyük maraq və diqqətlə qarşılandıqdan sonra Jiqmıtov bu kitabı məxsusi diqqətlə oxumuş və indi haqqında söz açdığımız məqaləni yazmışdır.
Müəllif öz məqaləsində bəşər tarixinin keçdiyi yola nəzər salır, hər dövrün yaratdığı bir problemi xatırladır və "Kəlamlar" kitabında həmin problemləri yaradan səbəblər barədə fikir oxuduğunu söyləyir. Jiqmıtovun fikrincə, bu gün bəşəriyyət daha çox problemlər, hətta, fəlakət və kataklizmlər məngənəsindədir. Bütün bunlardan xilas olmaq üçün isə çıxış yolu idrakın səsinə qulaq asmaqdadır. "Kəlamlar" kitabı da məhz bəşəriyyəti buna səsləyir. Bayar Jiqmıtov bu fikirdədir.

{nl}

Anar SEYİD

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında