Bərdə və Goranboyda yeni yaşayış binaları istifadəyə veriləcək

 

 

Nazirliyin sifarişi ilə Bərdə rayonunda inşa olunan 4 mərtəbəli 36 mənzilli, Goranboy rayonunda isə 6 mərtəbəli 54 mənzilli yaşayış evlərinin tikintisi artıq başa çatmaqdadır.

Müasir tələblərə uyğun inşa olunan yaşayış evlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılır, sakinlərin mənalı istirahəti üçün müvafiq şərait yaradılır. Yaxın günlərdə binalardakı mənzillərin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Mənzillərin verilməsi ƏƏSMN-nin rəsmi internet saytında ictimaiyyətə açıqlanan növbəlilik əsasında həyata keçiriləcəkdir.

2014-cü ildə Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərinin əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında