Mingəçevirdə səyyar qəbullar razılıqla qarşılanır

 

Quruculuq-abadlıq işlərinin aparıldığı Mingəçevirdə əhalinin sosial problemlərinin həllinə, ərizə, şikayət və müraciətlərinə diqqətlə yanaşılır. Ayrı-ayrı yaşayış məhəllələrində təşkil olunan səyyar qəbullarda sakinlər tərəfindən irəli sürülən təkliflər gələcək fəaliyyət üçün əsas kimi seçilir, qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunur. Şəhərdəki 14 saylı Mənzil İstismar Sahəsinin əhatəsində təxminən 5 minə yaxın əhali yaşayır.

Son vaxtlar bu şəhərdə həyata keçirilən əsaslı yenidənqurma tədbirləri bu ərazinin də müasirləşməsinə imkan verir. Belə ki, burada əhalinin mənalı istirahəti üçün hər cür şəraiti olan park salınıb. 250 mənzilə istilik sistemi çəkilib. 1941-45 – ci illər Böyük Vətən müharibəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksində və ətraf ərazilərdə təmir-bərpa işləri aparılıb.

Nərimanov küçəsindəki 28 və 30 saylı yaşayış binalarının dam örtükləri dəyişdirilib. Ayrı-ayrı yaşayış məhəllələrində oturacaqlar və kölgəliklər quraşdırılıb. Uşaq idman qurğuları təmir olunub. Ərazidə yaşıllıq işləri aparılaraq 100-dən çox yeni ağaclar əkilib. Şəhər icra hakimiyyəti rəhbərliyinin  sakinlərlə keçirdiyi növbəti səyyar qəbulda həyata keçirilən bu və ya digər tədbirlər əhali tərəfindən  yüksək qiymətləndirilib.

Açıq mikrofon qarşısında çıxış edən  rayon icra hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunacaq infrastruktur layihələrindən söz açıb. Tədbirdə mərkəzi şəhər xəstəxanasının, 2 məktəb və 2 körpələr evinin, şəhidlər xiyabanının əsaslı təmirindən, texnoparkların yaradılması istiqamətində atılan mühüm addımlardan, su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasından danışılıb.

Sakinlər səyyar qəbulların mövcud problemlərin həllində mühüm rol oynadığını bildirərək bəzi binaların dam örtüklərinin dəyişdirilməsi, zirzəmi komunikasiya xətlərinin bərpası, təhlükəli vəziyyət yaradan hündür ağacların budanması və digər cari məsələlərlə bağlı təkliflər irəli sürüblər. Bir sıra məsələlər yerindəcə həllini tapıb. Qaldırılan digər məslələrlə bağlı aidiyyatı qurumlara tapşırıqlar verilib.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında