Qaçaqmalçılıq hallarına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam edir

 

Respublikamızın gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Belə ki, narkotik vasitələrin gömrük nəzarətindən kənar yolla Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək ölkəmizə gətirilməsi və realizə ediləcəyi barədə daxil olmuş məlumata əsasən, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı-Astara magistral yolunun Lənkəran şəhərinə giriş qapısının yaxınlığındakı “Samovarın yanı” adlanan ərazidə Lənkəran rayonu Göyşaban kənd sakini İbayev Məhərrəm Satulla oğlunun həmkəndlisi Rəhmanov Şöhrət Bəfa oğlu ilə birlikdə gətirdiyi kisədən 9 kiloqram 800 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülmüşdür.

Həmin fakt üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır.

Lənkəran rayonu Göyşaban kənd sakini İbayev Məhərrəm Satulla oğlu şübhəli şəxs qismində tutulmuş və ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

DGK mətbuat xidməti

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında