Nəsimi rayonunda Gül bayramı

 

 

 

Hər il may ayında ölkəmizin bütün guşələrində dahi şəxsiyyət, dövlətimizin qurucusu və Azərbaycan xalqının xilaskarı  Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Artıq bir neçə ildir ki, bu əlamətdar hadisə ilə əlaqədar paytaxtımızda gül bayramları keçirilir.

Bu il Nəsimi rayonunda keçirilən Gül bayramı möhtəşəmliyi, gözəlliyi və təşkili ilə xeyli seçilirdi. Bayram S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda keçirildi. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hamını bayram münasibətilə təbrik etdi. O dedi ki, Azərbaycan xalqı  bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə və canından əziz bildiyi Vətəninin çiçəklənməsinə və qüdrətlənməsinə həsr etmiş xilaskarı Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Xalqımız bu dahi  insanın doğum gününü belə gözəl bayramla qeyd edir və ona dərin ehtiramını bildirir.

Parkda sərgilənmiş 6 mindən çox gül kompozisiyası, rəsm, panno, plakat, tətbiqi sənət nümunəsi və müxtəlif əl işi hamını heyran etdi. Bu işlərdə 70 mindən çox güldən istifadə edilmişdi. Gül bayramı açıq havada düzəldilmiş  əsrarəngiz muzey təəssüratı yaradırdı. Nümayiş etdirilən işlər arasında 5, 111, 211, 159, 35, 44, 46, 54 saylı tam orta məktəblərin, 16 nömrəli texniki-humanitar liseyin, 156, 162, 16 və 75 saylı körpələr evi-uşaq bağçalarının kompozisiyaları xüsusi maraq doğururdu. Nümayiş etdirilən işlər Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən yüksək qiymətləndirildi.

Respublikanın tanınmış müğənniləri və H.Sarabski adına Mədəniyyət evi kollektivi tərəfindən böyük konsert proqramı nümayiş etdirilidi.

Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edirdi.

Ümummilli liderimiz, Azərbaycanın xilaskarı Heydər Əliyevə dərin xalq məhəbbətinin təzahürü olan bu gözəl bayram hamıya xoş hisslər bəxş etdi və unudulmaz anlar yaşatdı.

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında