Dini icma rəhbərlərinə qeydiyyatdan keçmək barədə şəhadətnamələr və dövlət reyestrindən çıxarış sənədləri təqdim olunmuşdur

Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində İslam və qeyri-İslam təmayüllü 30 dini icma rəhbərinə dövlət qeydiyyatından keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim olunmuşdur.
Tədbirdə iştirak edən dini icma rəhbərləri ənənəvi təqdimat mərasimlərini ölkəmizdə dövlət-din münasibətlərinin yüksək və işgüzar səviyyədə olmasının göstəricisi kimi dəyərləndirmişlər.
Quba Mollahud məscidi dini icmasının sədri İlkin Qayıbov, Şəki rayonu, İnçə kənd dini icması sədrinin müavini Yusif Bəylərov, Hacıqabul rayonu, Abdulabad kənd Cümə məscidi dini icmasının sədri Həsrət Şıxəliyev, Bakı şəhəri, Bəhai dini icmasının sədri Əli Babayev və başqaları çıxışlarında Azərbaycanda təmsil olunan bütün konfessiya mənsublarının dini etiqad azadlığının ayrı-seçkilik salınmadan yüksək səviyyədə təmin edilməsini ümummilli lider Heydər Əliyevin din siyasətinin uğurlu davamı, xalqımızın tolerantlıq ənənələrinin yaşarlılığı kimi qiymətləndirmişlər. Bu baxımdan Prezident İlham Əliyevin ölkədə dini etiqad azadlığının təmin edilməsinə, mədəniyyətlərarası və dinlərarası dialoq məsələlərinə, dini ibadət evlərinin tikintisinə, bərpa və təmir olunmasına xüsusi önəm verməsi razılıqla qeyd edilmişdir.
Dövlət Komitəsinin sədri Hidayət Orucov "Dini etiqad azadlığı haqqında" Qanuna edilmiş əlavələr və dəyişikliklərin ölkəmizdə vicdan azadlığının tam təmin olunmasına xidmət etdiyini, bu addımın dini qurumların fəaliyyətində yeni mühüm mərhələ olduğunu və bugünkü tədbirin Konstitusiyanın tələblərinə əsasən keçirildiyini bildirmişdir.
H.Orucov qeydiyyatdan keçmiş dini icma rəhbərlərini bu münasibətlə təbrik etmiş, onlara ölkəmizdəki dövlət-din münasibətlərinin qanuni bazasına riayət etməyi, sabit dini durumu qoruyub saxlamağa yardımçı olmağı, yad dini təsirlərə, məkrli siyasi tələblərə qarşı həm dindar, həm də vətəndaş kimi sağlam mövqe tutmağı tövsiyə etmişdir. Komitə sədri bildirmişdir ki, Azərbaycanda dünyəvi dövlət quruculuğu vətəndaşlarımızın seçimidir. Heç bir kənar dini təsir xalqımızın bu iradəsinin əksinə gedə bilməz. Dindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir, çünki onu siyasiləşdirəndə müqəddəsliyini itirir.
Tədbirin sonunda Dövlət Komitəsinin sədri respublikamızın ayrı-ayrı bölgələrindən gəlmiş dini icma rəhbərlərinin müxtəlif suallarını cavablandırmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında