AzərTAc-ın əməkdaşı diplomla təltif olunmuşdur

 

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) əməkdaşı, şairə Zərəngiz Mansurova (Zərəngiz Dəmirçi Qayalı) Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin diplomu ilə təltif olunmuşdur.

İndiyədək bir sıra fəxri fərman və mükafatlar almış Zərəngiz Dəmirçi Qayalı bu diploma Azərbaycan və gürcü xalqları arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsinə verdiyi töhfələrə görə layiq görülmüşdür. 

 Qeyd edək ki, şairə dəfələrlə Gürcüstanda olmuş, 2012-ci ilin iyulunda Dmanisi rayonunun Armudlu yaylağında keçirilmiş “Elat bayramı”nda, 2013-cü ilin iyununda bir qrup azərbaycanlı jurnalistlə Tbilisi, Marneuli şəhərlərində, 2014-cü ilin martında yenə də azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində tədbirlərdə çıxış etmişdir.

Gürcüstanda Zərəngiz Dəmirçi Qayalının “Qayalı”, “Haqqı sevdim”, “Əziz rəhbər” kitabları oxuculara təqdim olunmuşdur.  Soydaşlarımızın sıx yaşadıqları Marneulidə  Azərbaycan dilində çıxan “Günəş” qəzetində şairənin “Tiflis”, “Borçalı” və s. yazıları dərc olunmuşdur. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında