Sınaqlara ciddi hazırlıq

Hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən əraziyə daxil olanda ilk olaraq zabit Ziyad Tağıyevlə görüşdük. Birlikdə hərbi hissənin təlim-tədris mərkəzinə yollandıq. Yol boyu zabit Z.Tağıyev gördükləri işlərdən, qarşılarında dayanan vəzifələrdən ətraflı söz açdı. Bildirdi ki, ordu quruculuğu prosesində, həmçinin şəxsi heyətin döyüş hazırlığının artırılmasında biz zabitlərin də üzərinə çox böyük vəzifələr düşür.
Ən başlıca vəzifələrimizdən biri də hərbi xidmətə yenicə çağırılmış gənc əsgərlərə hərbi bilik və vərdişləri aşılamaqdır. Üzərimizə düşən bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışır, dərsin hər dəqiqəsindən səmərəli istifadə etməyə səy göstəririk. Məşğələ keçmək üçün hərbi hissə komandanlığı hərtərəfli şərait yaradıb. Təlim meydanı, tədris otaqları, idman şəhərciyi və başqa sahələr şəxsi heyətin ixtiyarına verilib. İndi zabitlər mövcud olan bu imkanlardan səmərəli bəhrələnərək gənc əsgərlərə dərs və məşğələ keçir, onlara hərbi bilik və vərdişləri aşılayırlar. Çalışırıq ki, şəxsi heyət hərbi sirləri dərindən mənimsəsin, bilikli və bacarıqlı olsun. Hazırlığı, qabiliyyəti yüksək olan əsgər düşmənlə döyüşdə uğur qazanar, qalib gələr.
Baş leytenant İlkin Həbibov bildirdi ki, təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətə dərs və məşğələlər keçirik. İlk addım olaraq gənc əsgərlərə artilleriya qurğusu haqqında ümumi məlumat veririk. Ayrı-ayrılıqda hər bir hissənin taktiki-texniki xüsusiyyətlərini izah edirik. Bir müddətdən sonra nəzəri məşğələlər başa çatır. Bu mərhələdən sonra artıq şəxsi heyətə əməli dərslər keçirik. Tədris prosesində bütün müasir forma və metodlardan bacarıqla istifadə edərək məşğələlərin səmərəli olmasına çalışırıq. Elə tədris formaları seçirik ki, əsgərlərimiz keçirilən mövzuları dərindən öyrənə bilsinlər, hərbi bilik və vərdişləri yaxşı mənimsəsinlər. Gələcəyin topçuları dərslərdə fəal iştirak edərək hərbi bilik və vərdişləri mükəmməl şəkildə mənimsəməyə çalışırlar. Onların belə çalışqanlığını gördükdən sonra böyük əminlik hissi ilə deyə bilərəm ki, gələcək xidmətlərində böyük uğurlar qazanacaqlar. Bir qayda olaraq, ixtisas hazırlığı başa çatdıqdan sonra əsgərlər bacarıqlarını nümayiş etdirərək sınaq imtahanları verəcəklər. Artilleriyaçılar sınaq imtahanlarında uğur qazanmaq üçün çox ciddi hazırlaşırlar.
- Qoynunda dünyaya göz açdığım doğma yerlər indi işğal altındadır, - deyə gənc əsgər Heydər Əkbərov sözə başladı. - Bir əsgər, bir vətəndaş kimi bu mənim ürəyimi ağrıdır, qəlbimi sızladır. Erməni işğalçılarına qarşı olan nifrətimi, kinimi daha da artırır. Doğma el-obamız erməni qəsbkarları tərəfindən işğal olunanda yaşım az idi. Amma illər zamanın axarında ötüb keçib. O keşməkeşli, çətin illərdə dünyaya göz açmış biz oğullar böyüyüb yaşa dolmuşuq. Artıq ordu sıralarına çağırılmışıq, əlimizin silah tutan, özümüzün Vətənə dayaq olan çağlarıdır. Əsgər olmaq, Vətənə xidmət etmək çoxdankı arzum idi. Budur, arzuma, istəyimə qovuşmuşam. Sevincim yerə-göyə sığmır. Dərs və məşğələlərdə fəal iştirak edərək hərbi bilik və vərdişləri mənimsəməyə çalışıram.
Bayaqdan başlayan dərs öz axarı ilə davam edir. Baş leytenant İlkin Həbibov məşğələnin mövzusunu gənc əsgərlərə hərtərəfli izah etməyə çalışır. Hərbi sirləri öyrənməyə böyük maraq göstərən gənc əsgərlər isə diqqətlə komandirə qulaq asırdılar, təcrübə və səriştələrəini daha da artırmağa çalışırdılar.

{nl}

V. MƏHƏRRƏMOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında