Aviqdor LİBERMAN: Azərbaycan dünyada nadir tolerantlıq nümunəsidir

 

Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudilər də bu ölkədə özlərini öz vətənlərindəki kimi hiss edirlər. Azərbaycan dünyada nadir tolerantlıq nümunəsidir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Liberman mayın 1-də keçirdiyi mətbuat konfransında demişdir.

Nazir Azərbaycan ilə İsrail arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmişdir. A.Liberman qeyd etmişdir ki, səfər zamanı Bakıda keçirdiyi görüşlərdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılmışdır. Xüsusilə energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlığın gələcəkdə genişləndirilməsi imkanları diqqət mərkəzində olmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında