Yasamal rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar iməcilik keçirilib

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar respublikamızın müxtəlif yerlərində abadlıq, yenidənqurma və təmizlik işləri geniş vüsət alıb. Bu işlərə Yasamal rayonu ərazisində də start verilib. Rayon icra hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq keçirilən iməcilikdə rayonun ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, həmçinin sakinlər iştirak etmişlər.

Yasamal Bələdiyyəsi, Mənzil - Komunal Təsərrüfat Birliyi və mənzil - kommunal istismar sahələrinin kollektivləri tərəfindən rayonun mərkəzi hissəsində, yaşayış binalarının ərtafı, mədəniyyət və istirahət parkları və digər sahələrdə təmizlik işləri aparılmışdır.

Rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları da iməcilikdə fəal iştirak etmişlər. Kollektivin səyi nəticəsində Ə.Əhmədov küçəsi 40 və 42 saylı, H.B.Zərdabi küçəsindəki 87 saylı, Mətbuat prospektindəki 22, 24 və 24a saylı binaların ətrafında abadlıq və təmizlik işləri aparılmış və 500 - dən çox ağac əkilmişdir. M.Seyidov küçəsindəki 14 saylı binanın divarları isə aqlay daşı ilə üzlənmiş, suvaq və rəngləmə işləri aparılmışdır.

Mətbuat prospekti ilə N.Hikmət küçələrinin kəsişdiyi ərazidə 1,5 hektar sahəsi olan parkda, 1,2 hektar sahəsi olan H.Cavid parkında, həmçinin M.Müşfiq parkında və N.Nərimanovun abidəsi ərtafındakı yaşayış massivində təmizlik işləri aparılmış, dekorativ ağaclar əkilmişdir. Bundan başqa, Yeni Yasamal və digər yaşayış massivlərində binaların fasadları rənglənmiş və yaşıllıqların ərazisi genişləndirilmişdir.

H.B.Zərdabi küçəsindəki 87 saylı binanın ətrafı tamamilə yararsız vəziyyətdə idi. Bəzi sakinlərin bu ərazidə özlərinə qeyri - qanuni əkin sahələri, müxtəlif obyektlər yaratmaları və digər özbaşınalıqlar ciddi narazılıqlara səbəb olmuşdur. İməcilik günü ərazi natəmizlikdən təmizlənmiş, binanın qarşısında müasir oturacaqlar, günlüklər, uşaqların oynamaları üçün meydançalar düzəldilmiş, həyətə asfalt vurulmuş, yeni işıqlandırma sistemi quraşdırılmış və çoxlu sayda ağac əkilmişdir. Həmin binanın sakini, iməcilikdə iştirak edən Səftər Əliyev söhbət zamanı dedi:

– Əvvəllər binanın qarşısı cəngəlliyə oxşayırdı. Natəmizlikdən yaranmış üfunət sakinlərdə ciddi narazılıq yaratmışdı. Axşamlar isə qaranlıqdan həyətə çıxmaq mümkün deyildi. Bu barədə rayon icra hakimiyyəti başçısına müraciət etdik. İməcilikdə əsas diqqət bizim həyətimizə yönləldilmişdi. Gördüyünüz kimi, binanın sakinləri də iməcilikdə fəal iştirak edirlər. Indi bizim həyətimiz Yasamal rayonunda nümunəvi həyətlərdən birinə çevrilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 - ci ildönümü ilə əlaqədar rayon ərazisində keçirilən iməcilkdə ümumilikdə 35 min kvadratmetr sahədə abadlıq və təmizlik işləri aparılmış, 2700 ədəd ağac, 3000 ədəd isə bəzək kolları əkilmişdir. İməcilikdə 7000 nəfərdən artıq rayon sakini iştirak etmişdir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında