“Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunmuşdur

 

 

Sumqayıt şəhər sakininin “Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol verməsi barədə müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, aparılmış araşdırmalarla cəmiyyətin təsisçisi Xalıq Sadıxovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib 2012-ci ildə cəmiyyətlə “Azər-Türk Bank” ASC arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan götürdüyü 410 min manat məbləğində pul vəsaitinin 135 min manatını şifahi razılığa əsasən kredit şəklində Sumqayıt və Bakı şəhər sakinlərinə verməklə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan təsisçisi olduğu müəssisənin bank kimi qanunsuz fəaliyyət göstərməsində, eyni zamanda, həmin şəxslərə verilən vəsaitlərdən cəmiyyətə ödənilmiş pulun 88 min manatını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 192.2.1-ci (qanunsuz sahibkarlıq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə “Elite Travel” MMC-nin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkarlanması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında