İsraildə Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgi keçirilib

 

İsrailin Neşer şəhərində “Azərbaycan - tolerantlıq məkanı” adlı fotosərgi keçirilir. Sərgi Heydər Əliyev Fondu və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə,  “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komissiyasından məlumat verilib.  Təşkilatın nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, Azərbaycandan gedənlər üçün buradakı tolerantlıq haqqında danışmağa ehtiyac yoxdur.

“Biz bu həqiqətləri əsasən bilməyənlərin diqqətinə çatdırmaq niyyətindəyik. Son illərin müşahidəsi göstərir ki, bir çoxları məhz bizim təşkil etdiyimiz elmi, mədəni tədbirlərdən sonra Azərbaycanı kəşf edir. Neşerdəki sərgi də maraqla qarşılanıb”. 

Fotosərginin açılışında  İsrailin miqrasiya naziri, Azərbaycandan getmiş Emin Çaykovskiy, Neşerdən olan millət vəkili Qeorqiy Qerşkoviç və digərləri çıxış ediblər. Daha sonra iştirakçılara “Azərbaycan - israilli jurnalistlərin gözü ilə” sənədli filmi nümayiş etdirilib və tədbir, qafqazlı musiqiçilərin ifasında konsert proqramı ilə yekunlaşıb.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında