Qazaxda nikah mərasimi

 

 

 

Qazax rayonundakı Heydər Əliyev Mərkəzində yeni qurulan gənc ailələrin nikah mərasimlərinin keçirilməsi ənənə halını almışdır. Belə nikahlardan biri şəhid ailəsi Azad Mikayılov və Gülnar Cəfərova arasında bağlanmışdır.

Gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra cütlüklər öz ailə üzvləri və doğmaları ilə Heydər Əliyev Mərkəzinə gəlmişlər. Orada nikah mərasimi təşkil olunmuş, Qazax rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri Tükəzban İbrahimova, rayon icra  hakimiyyəti başçısının müavini Gülayə Həsənova və başqaları çıxış etmişlər. Onlar gənclərə ailə xoşbəxtliyi, firavanlıq və xoş günlər arzulamışlar. Hər iki gəncin nikahları rəsmi qeydə alınmışdır.

Sonda rayon icra hakimiyyəti tərəfindən hazırlanmış qiymətli hədiyyə gənclərə təqdim olunmuşdur.

Hamlet QASIMOV, bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında